SON DƏQİQƏ: İki təyyarə havada toqquşdu – Çox sayda ölü var / VİDEO

 

ABŞ-da dəhşətli hadisə baş verib.

 

OKnews.az Redaktor.az-a istinadən  xəbər verir ki, təlim məqsədi ilə havaya qalxan iki qırıcı təyyarə havada toqquşub. Oklahoma ştatında baş verən hadisə zamanı bir neçə nəfər həyatını itirib. Hadisədən sonra ərazidəki bütün uçuşlar müvəqqəti dayandırılıb. Oklahoma ştatındakı bazada təyyarələrin uçuşu da təxirə salınıb.

Məlumata görə, toqquşma “T-38 Talon “ tipli təyyarələrin pilotu layneri endirməyə hazırlaşarkən baş verib. Zərbənin təsirindən təyyarələrin birində yanğın baş verib və hissələrə parçlanıb.