Suriya hökuməti ölkədəki ikinci ən böyük SES-ə nəzarəti ələ keçirdi

 

OKnews.az Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Suriyanın Hələb vilayətində yerləşən ölkədə ikinci ən böyük Su Elektrik Stansiyası olan “Tişrin”ə nəzarət Suriya dövlətinin nəzarətinə keçib.

 

Bu barədə Rusiyanın Suriyada hərbi komandanlığının rəhbəri Boris Fomiçevə istinadən məlumat verilib. Onun sözlərinə əsasən, SES Suriya xalqının mərdliyi ilə azad edilib.

SES-dən əlavə onu əhatə edən ərazilərin də azad edildiyi qeyd edilir. “Hazırda orada işlər bərpa edilir, elektrik enerjisi Hələb və Raqqa vilayətlərinə verilir”, – deyə Fomiçev bildirib.