Ayətullah Sistaninin dəftərxanası ölkədəki aksiya və iğtişaşlar barədə bəyanat verib

 

“Ölkə son dönəmdə haqlı tələblərlə etiraz aksiyalarının şahidi olub. Etiraz aksiyaları zamanı qanlar tökülüb, eləcə də ümumi əmlaka təcavzülər edilib və ziyanlar dəyib. Ayətullah Sistaninin dəftərxanası aksiyaçılara qarşı zorakılığı kəskin pisləyir və dinc etirazçılara atəş açanların cəzalandırılmasını tələb edir. Mərcəiyyət dinc aksiyalarla bağlı hərbi qüvvədən istifadə edilməsi barədə xəbərdarlıq edir. Çünki bu ölkdə zorakılığın miqyasını vüsətləndirəcək. Həmçinin Mərcəiyyət aksiyalarda iştirak edənlərdən və digər siyasi tərəflərdən tələb edir ki, Ayətullah Sistaninin şəkillərindən və onun adından istifadə etməsinlər. “

 

SalamNews xəbər verir ki bunu Ayətullah Sistaninin rəsmi nümayəndəsi Seyid Əhməd Safi bu gün Kərbəlada cümə namazının xütbələrində deyib.

Ayətullah Əhməd Safi Ayətullah Seyid Əli Sistaninin dəftərxanasının İraqdakı son hadsələrlə bağlı bəyanatını oxuyaraq bildirib ki, etirazçılara atəş açılmamalı, aksiyalar dinc şəkildə keçirilməli, korrupsiyaya qarşı addımlar atılmalı və ölkədə daxili müharibəni alovlandıracaq hər bir addımdan çəkinmək lazımdır.

“Ölkəni daxili müharibə, xaos və dağıdıcılıq uçurumuna doğru getməsinə icazə vermək olmaz. İraqı və vətənini sevən bütün şəxslər əməkdaşlıq etməli, ölkənin gələcəyi ilə bağlı sədaqətlərini göstərməlidirlər.” deyə Ayətullah Sistaninin nümayəndəsi ölkə rəhbərliyi və etirazçılara çağırış edib.