Azərbaycan İndoneziyaya yeni səfir təyin edib

 

Cəlal Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

 

İnterAz-ın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəlal Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.